​BMT-nin baş katibi: "İsrail-Türkiyə münasibətlərinin normallaşmasını alqışlayıram"

Bakı. 27 iyun. REPORT.AZ/ "İsraillə Türkiyə arasında münasibətlərin normallaşmasını alqışlayıram".

"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması haqqında razılığı dəyərləndirərkən deyib.

O, normallaşama barədə razılığı "bölgədə sabitliyə ümidin artmasının siqnalı" kimi qiymətləndirib.

Qeyd edək ki, iyunun 27-də Türkiyə və İsrailin baş nazirləri ölkələri arsında münasibətlərin normallaşması haqqında razılığın əldə olunduğunun bəyan ediblər.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50