BMT: “Fevral ayından indiyədək 6,5 milyon nəfər Ukraynanı tərk edib”

Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından sonra 6,5 milyon Ukrayna vətəndaşı qaçqına çevrilib.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə ali komissarlığının məlumatında deyilir.

Ukraynanı tərk etməyə məcbur olmuş əhalinin dəqiq sayı 6 552 971 nəfər təşkil edir. Onların çoxu Polşa ərazisinə keçib.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50