Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları Azərbaycana səfərdən sonra Ermənistana gediblər.
Bu barədə "Report" Ermənistan parlamentinə istinadən xəbər verir.
Benilüks ölkələri Xarici İşlər nazirliklərinin nümayəndələri Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyanla görüşüblər.
Görüş zamanı tərəflər regiondakı vəziyyəti və Ermənistanla Azərbaycan arasında sülhün qurulması prosesini müzakirə ediblər.
"Ermənistandakı daxili siyasi proseslər, həmçinin gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb", -məlumatda bildirilib.