Belarusda neft emalı zavodunda yanğın olub, ölən var

Belarusda yerləşən “Mozır” Neft Emalı Zavodunun ərazisində baş verən yanğın nəticəsində 1 işçi ölüb.

“Report” Belarus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müəssisədə insident dekabrın 13-də baş verib. Belə ki, ağır neft qalıqları üçün hidrokrekinq qurğusu reaktor blokunun təzyiqsizləşdirilməsi nəticəsində karbohidrogen tərkibli qarışığın buraxılması ilə alovlanıb.

Bildirilib ki, hazırda hadisənin səbəbləri aydınlaşdırılır.

Digər xəbərlər