Belarusda son sutka ərzində 575 nəfər yeni növ koronavirusa yoluxub, iki nəfər virusun qurbanı olub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə cümə günü Belarusun Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bununla ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 4 779-a çatıb, ümumilikdə 42 nəfər pandemiyanın qurbanı olub. Ölənlərin hamısında koronavirusdan savayı, xroniki xəstəliklər də olub.
Nazirlikdən qeyd ediblər ki, ölkədə koronavirusun olub-olmadığını müəyyənləşdirmək məqsədilə 24 laboratoriyada 86 mindən çox test götürülüb.
Belarusun Səhiyyə naziri Vladimir Karanik isə bu gün keçirdiyi brifinqdə 419 tibb işçisinin yeni növ koronavirusa yoluxduğunu vurğulayıb.