Belarusda ağır yol qəzası nəticəsində 11 nəfər ölüb

Belarusda yük maşını ilə marşrut taksisinin toqquşması nəticəsində biri uşaq olmaqla 11 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xəsarət alan 6 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Digər xəbərlər