Bakı. 5 oktyabr. REPORT.AZ/ Belarus hökuməti iki nəfəri casusluğa görə “arzuolunmaz şəxs” (persona non qrata) elan edib.
“Report” RT-yə istinadən xəbər verir ki, bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Valeri Vakulçik bildirib.
“Bu həftə biz iki nəfər (xarici casusu - “Report”) belə deyək, “arzuolunmaz şəxs” elan etmişik”, - o vurğulayıb.
Valeri Vakulçik həmin şəxslərin hansı dövlətin vətəndaşları olduqlarını açıqlamayıb. Ancaq qeyd edib ki, həmin şəxslər xarici siyasətdə dövlətlərarası əlaqələrlə bağlı casusuluq fəaliyyəti göstəriblər.