​BƏƏ 29 iranlı məhbusu əfv edib

Bakı. 11 avqust. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İran vətəndaşı olan 29 məhbusu əfv edib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin müavini Həsən Kaşkavi bildirib.

Həmin şəxslər əmirlikdə müxtəlif ittihamlarla mühakimə edilərək, həbs olunmuşdular. 

Digər xəbərlər