Baş nazir: NED-in fəaliyyəti Gürcüstan üçün zərərli idi

ABŞ-nin Milli Demokratiya Fondunun (NED) fəaliyyəti Gürcüstan üçün zərərli idi.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ozurqetidə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu addımlar xarici maliyyə ilə inqilabi hərəkətlər və müəyyən istiqamətlərdə təbliğat, Gürcüstanın dövlət maraqlarına zidd fəaliyyətlər idi.

Baş nazir NED-in maliyyələşdirdiyi bu cür fəaliyyətlərin azalmasının ölkə və dövlət üçün faydalı olacağını bildirib və bu maliyyələşdirmənin məhdudlaşdırılmasının vacibliyini vurğulayıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49