Bakı. 5 aprel. REPORT.AZ/ “İzmirlə Ankara arasındakı məsafə sürət qatarı ilə 3,5 saata qət ediləcək”.
“Report” İHA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binləi Yıldırım İzmirdə aprelin 16-da keçiriləcək referendumla bağlı mitinqdə deyib.
Onun sözlərinə görə, İzmir - Ankara sürət qatarı layihəsinin titkintisi 2019-cu ildə başa çatacaq.
Qeyd edək ki, Ankara ilə İzmir arasında məsafə 585 km-dir. Minik avtomobili ilə bu məsafə 6 saat 45 dəqiqəyə, təyyarə ilə 1 saat 15 dəqiqəyə, avtobusla (saatda 80 km/saat) 7 saat 14 dəqiqəyə qət olunur.