Gürcüstan Patriarxlığı: Azərbaycanla dostluq münasibətlərinin qorunub saxlanılmasının tərəfdarıyıq

"Gürcüstan və Azərbaycanın dövlət və xalqları arasında dostluq münasibətləri çox önəmlidir".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının protopresviteri (baş keşiş-red) Giorgi Zviadadze Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan Pravoslav Kilsəsi bu münasibətləri qoruyub saxlamağın və daha da inkişaf etdirilməsinin tərəfdarıdır: “Gürcüstan Pravoslav Kilsəsi və Gürcüstan Patriarxlığı iki qardaş xalq arasında münasibətləri qoruyub saxlayacaq. Bu münasibətlərin daha da gücləndirilməsini, dostluq və qardaşlığın daimi olmasını arzu edirik”.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24