Bakı. 2 oktyabr. REPORT.AZ/ Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze və Sərhəd polisi rəisi Zurab Qamezardaşvili Azərbaycanla sərhəddə "Vaxtanqisi" Sərhəd Polisi Quru Sərhəd Mühafizəsi Departamentinin yeni binasını açıblar.
"Report" "Qruziya-Onlan"a istinadən xəbər verir ki, sərhəd sektorunun yeni binası ən müasir avadanlıq və texnika ilə təchiz olunub və "Qırmızı körpü" adlanan sahədə yerləşir.
Gürcüstan DİN məlumatında deyilir ki, strukturun üstünlüklərindən biri sərhəd məntəqələrində şəraitin yaxşılaşdırılmasıdır.