AYİB prezidenti vəzifəsini tərk etdi

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti vəzifəsini tərk edib.

“Report” xəbər verir ki, o, yüksək vəzifədə ikinci müddətini başa vurub.

İyulun 3-dən etibarən AYİB-ə birinci vitse-prezident Yurgen Riqterink rəhbərlik edəcək.

Yeni prezident bankın bu ilin 7-8 oktyabrına təyin olunan illik toplantısında seçiləcək.

Qeyd edək ki, S.Çakrabarti 2012-ci ildən AYİB-nin prezidenti olub. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24