Avropa Komissiyasının sədri: "Türkiyə ölüm cəzasını tətbiq etsə, Aİ onların quruma qoşulmaq prosesini dayandıracaq"

Bakı. 25 iyul. REPORT.AZ/ "Avropa İttifaqı Türkiyə ilə quruma qoşulmaq məsələsində danışıqları dayandıra bilər".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.

Onun sözlərinə görə, bu addım Türkiyənin ölüm cəzasını tətbiq edəcəyi təqdirdə atıla bilər.

Qeyd edək ki, Türkiyədə Fətullah Gülən terror qruplaşmasının (FETÖ) tərəfdarlarının iyulun 17-də həyata keçirdiyi dövlət çevrilişi cəhdindən sonra ölkədə bütün səviyyələrdə dövlət çevrilişinə cəhddə iştirak edənlərə qarşı məhz ölüm hökmünün çıxarılması fikri səslənir.

Xatırladaq ki, Türkiyə ölüm cəzasını 2004-cü ildə məhz Aİ-yə daxil olmaq normalarına uyğunluq məqsədilə ləğv etmişdi. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40