“Türkiyəyə yardım göstərməyə hazırıq”.
“Report”un xəbər verir ki, bunu ATƏT sədri Buyar Osmani tviterdə yazıb.
O, zəlzələ ilə bağlı Türkiyə və Suriya xalqına başsağlığı verib: “Yaralananların tezliklə sağalmasını arzulayıram”.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.