ATƏT-in baş katibi və NATO-nun xüsusi nümayəndəsi Gürcüstana səfər edəcək

Bakı. 2 may. REPORT.AZ/ Gürcüstanın müdafiəsi və təhlükəsizliyi məsələləri üzrə illik beynəlxalq konfransda ATƏT-in baş katibi Lamberto Zanyer və NATO baş katibinin Cənub Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın da iştirak edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda tədbirin təşkilatçıları bildirib.

Məlumata görə, konfrans mayın 24-25-də Gürcüstanda keçiriləcək.

Tədbirə hökumət rəsmiləri, deputatlarla yanaşı, 300-dən çox xarici qonaq qatılacaq.

Qeyd edək ki, konfrans ABŞ Atlantik Şurasının dəstəyi ilə Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən təşkil edilib. 

Digər xəbərlər