Ararat Mirzoyan Minskdə səfərdədir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belarusun paytaxtı Minskdə səfərdədir.

“Report” xəbər verir ki, məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, səfər iyunun 19-20-dək davam edəcək.

O, Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq.

Digər xəbərlər