Antaliyada meşə yanğını baş verib

Türkiyənin Antaliya vilayətinin Kaş rayonunda meşə yanğını baş verib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, yanğının səbəbi məlum deyil.

112 Təcili Zəng Mərkəzinə edilən xəbərdarlıqdan dərhal sonra əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Meşə yanğınına qurudan və havadan müdaxilələr davam edir.

Digər xəbərlər

Türkiyədə 350 kq kokain aşkarlanıb 13 sentyabr, 2026 / 14:16
Hakan Fidan Suriyaya səfər edib 13 sentyabr, 2026 / 14:04