​Ankarada terror hadisəsini törədənin kimliyi məlum olub

Bakı. 18 fevral. REPORT.AZ/ Ankarada fevralın 17-də baş verən terror hadisəsini Suriya vətəndaşı Salih Necarın törətdiyi məlum olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda təhlükəsizlik orqanları məlumat yayıb.

Qeyd edək ki, hərbçilərin yataqxanası yaxınlığında törədilən terror nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.

Digər xəbərlər

İranda bazar yanır 03 fevral, 2026 / 11:53