Almaniya parlamenti ölkə hərbçilərinin Türkiyədən çıxarılması haqqında qərarı təsdiqləyib

Bakı. 22 iyun. REPORT.AZ/ Bundestaq Almaniya hərbçilərinin Türkiyənin İncirlik bazasından çıxarılması haqqında qərarı təsdiqləyib.

“Report” “DW”yə istinadən xəbər verir ki, səsvermədə iştirak edən 569 deputatdan 461-i “böyük koalisiya” tərəfindən ölkə parlamentinə təqdim edilən sənədin lehinə səs verib. 

İnformasiyaya əsasən, Almaniya təyyarələri və hərbi heyət bundan sonra İordaniyada yerləşəcək.  

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49