​Almaniya kansleri Ukrayna prezidenti ilə görüşəcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel ilə Ukrayna prezidenti Pyotr Poroşenko fevralın 1-də Berlində görüşəcək.

"Report" xəbər verir ki, bu haqda Almaniyada çıxan "Frankfurter Allgemeine Zeitung" qəzeti məlumat yayıb.

Məlumata görə, tərəflər Ukraynanın şərqindəki vəziyyəti, Minsk anlaşması prosesinin gerçəkləşməsi durumunu müzakirə edəcəklər. 

Digər xəbərlər