Ali Avrasiya İqtisadi Şurasının iclası mayın 27-də Bişkekdə keçiriləcək

Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ), həmçinin Avrasiya İqtisadi Forumunun növbəti iclasının mayın 27-də Bişkekdə keçirilməsi planlaşdırılır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyası kollegiyası sədrinin köməkçisi İya Malkina məlumat verib.

Forumun keçirilməsində məqsəd AAİŞ-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın və ittifaqa üzv ölkələrin şirkətləri arasında korporativ əlaqələrin gələcək inkişafı, iştirakçı öılkələrin ixrac potensialının genişləndirilməsidir.

Digər xəbərlər