Alen Simonyan: “KTMT sənədləri Ermənistanın maraqlarına zidd olarsa, onları imzalamayacağıq”

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinə zərbə vurmaq niyyətində deyil. Yalnız təşkilatın ölkəmizin maraqlarına zidd olmayan sənədlərini ratifikasiya edəcəyik.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

"Biz heç bir şəkildə KTMT-nin fəaliyyətinə zərbə vurmaq fikrində deyilik. Əgər bu sənədlər Ermənistanın maraqlarına ziddirsə, biz onları imzalamayacağıq, belə nümunələr olub", - spiker qeyd edib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49