​AKP sədrinin müavini: "Terroru törədənlərin kimlikləri 99 faiz dəqiqləşib"

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Ankarada dəmiryolu vağzalında terroru törədənlərin kimlikləri 99 faiz dəqiqləşib".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş bildirib.

Qeyd edək ki, oktyabrın 10-da Ankarada dəmiryolu vağzalında baş verən terror nəticəsində həyatını itirənlərin sayı yüz nəfərə çatıb.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49