​AKP-dən olan keçmiş millət vəkili və İngiltərənin fəxri konsulu saxlanılıb

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin Kayseri şəhərində Fətullahçı terror təşkilatına (FETÖ) qarşı keçirilən istintaq-əməliyyat tədbirləri çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş millət vəkili Əhməd Öksüz də saxlanılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, AKP-dən 2014-cü il martın 30-da istefa verib.

Qeyd edək ki, bu gün saxlanılan iş adamları arasında keçmiş millət vəkili ilə yanaşı,  2014-cü il aprelin 17-də AKP-dən istefa vermiş, partiyanın Kayseri əyalət təşkilatının sədri Ömər Dengiz və yerli Ticarət Palatasının başçısı, İngiltərənin Kayseridək fəxri konsulu Mahmut Hiçyılmaz da var.  

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49