Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İrəvanda səfərdədir

Bakı. 9 fevral. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Aİ xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT MQ həmsədrlərinin səylərini dəstəklədiyini bildirib.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45