Aİ gələn həftə Ukraynaya maliyyə vəsaitinin ayrılması mexanizmini açıqlayacaq

Avropa İttifaqı (Aİ) gələn həftə 2023-cü il üçün Ukraynaya 18 milyard avroya yaxın vəsaitin ayrılması mexanizmini açıqlayacaq.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Ukrayna maliyyə vəsaitinin birinci tranşını 2023-cü ilin yanvarında alacaq.

Agentliyin məlumatına əsasən, Aİ-yə üzv ölkələr Ukraynaya vəsaitin verilməsi prosedurlarının sürətləndirilməsini dəstəkləyir.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49