ABŞ-nin vitse-prezidenti Paşinyanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti, eləcə də İrəvanla Vaşinqton arasında münasibətləri müzakirə ediblər.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50