ABŞ-nin demokrat-senatoru Tim Keyn Ukraynanın paytaxtı Kiyevə gedib.
“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” ABŞ səfirliyinə istinadən məlumat yayıb.
Onun səfər proqramı haqqında məlumat verilməyib.
Qeyd edək ki, T.Keyn 2013-cü ildən Virciniya ştatının senatorudur. O, ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvüdür.