ABŞ: İran nüvə silahı proqramına yenidən başlamaq qərarına gəlməyib

Birləşmiş Ştatlar İran rəhbərliyinin nüvə silahı proqramını yenidən başlatmaq barədə qərar qəbul etdiyinə inanmır.

"Report" xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Berns CBS televiziyasına müsahibəsində deyib.

"Bizdə olan məlumatlara əsasən, İranın ali rəhbərliyinin 2003-cü ilin sonunda dayandırdıqlarına inandığımız nüvə silahı proqramını yenidən başlamaq qərarına gəldiyini düşünmürük", - o deyib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasının yaxın gələcəkdə çətin ki, mümkün olduğunu deyib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24