​ABŞ-ın Özbəkistandakı səfirliyinin binasına yandırıcı maddə olan iki qurğu atılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Naməlum şəxslər ABŞ-ın Özbəkistan paytaxtı Daşkənddəki səfirliyinin binasına yandırıcı maddə olan əldədüzəltmə iki qurğu atıblar.

"Report" xəbər verir ki, bu haqda Özbəkistan KİV-i məlumat yayıb.

Xəbərə görə, qurğulardan biri partlasa da, hadisə nəticəsində xəsarət alan olmayıb.

Səfirlik fəaliyyətini davam etdirir. Diplomatik missiyanın binasında təhlükəsizlik tədbirləri gücləndirilib.

Hadisə yerində araşdırma aparılır. 

Digər xəbərlər