ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkili vəzifəsini tərk edir

ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkili Ross Uilsonun səlahiyyət müddəti başa çatır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.

R.Uilson may ayının ortalarında Gürcüstanı tərk edəcək. Onun səlahiyyətlərini Elizabet Rud yerinə yetirəcək.

Qeyd edək ki, R.Uilson ötən ilin noyabrında ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkili təyin olunub. O, 2005-2008-ci illərdə ABŞ-ın Türkiyədəki, 2000-2003-cü illərdə isə Azərbaycandakı səfiri olub.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50