Bakı. 6 avqust. REPORT.AZ/ ABŞ xüsusi təyinatlılarını Əfqanıstanın İranla sərhəddə yerləşən Fərəh bölgəsində yerləşdirib.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Məhəmməd Radmeneş bildirib.
Onun sözlərinə görə, həmin hərbçilər Əfqanıstanın təhlükəsizlik qüvvələrinə yardım edəcək.