ABŞ dövlət katibinin müavini Elison Huker Ermənistanda səfərdədir.
"Report"un "Sputnik-Ermənistan"a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində E.Huker ölkə rəhbərliyi ilə "Tramp Marşrutu" (TRIPP) layihəsini və Ermənistan-Türkiyə münasibətlərini müzakirə etmək niyyətindədir.
ABŞ dövlət katibinin müavini İrəvanda Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyanla görüşəcək.