​Türkiyədə "Xocalı şəhidləri" abidəsinin açılışı olacaq

Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 22-də Türkiyənin İzmit şəhərinin Yenişəhr məhəlləsində "Xocalı Şəhidlər" abidəsinin açılışı olacaq.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu İzmit bələdiyyəsinin sədri Nevzat Doğan bildirib.

Xəbərə görə, 2,5 metr hündürlüyündə olan abidəni İzmit Bələdiyyəsi hazırlayıb. 

Təbirdən sonra Cebhanelik bölgəsində İlham Əliyev parkında gül əkiləcək. 

Digər xəbərlər