Bakı. 3 sentyabr. REPORT.AZ/ Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni separatçıların lideri Bako Saakyanı qəbul edib.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Tərəflər işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmas xəttindəki vəziyyəti müzakirə edib.
Qeyd edək ki, sentyabrın 4-də A.Kaspşik təmas xəttində monitorinq keçirəcək.