Bakı. 14 avqust. REPORT.AZ/ Bakıda səfərdə olan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmilərinə, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmilərinə baxış təşkil olunub.
"Report" xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən baxışda ictimaiyyət nümayəndələri, media təmsilçiləri iştirak ediblər.