"Qarabağ" komandasının açıq məşqi keçirilib - FOTO

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın açıq məşqi baş tutub.

"Report" xəbər verir ki, hazırlıq prosesində 25 futbolçu iştirak edib. Zədəli Miçel Madeyra Reynaldo məşqə qatılmayıblar.

Qeyd edək ki, "Qarabağ" qış fasiləsindən sonra ilk oyununu lider "Neftçi"yə qarşı keçirəcək. Fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 18:30-da start götürəcək.

Digər xəbərlər