Moskvada Qarabağ danışıqları - FOTOREPORTAJ

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edirlər. 

İqbal Rüstəmov

Digər xəbərlər