Bakı. 14 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri Bakıda keçiriən “Caspian Ecology” 9-cu Ətraf Mühit sərgisinə, ətraf muhiti çirkləndirməyən, ekoloji temiz "Hyundai İONİQ" elektrik avtomobili ilə gəliblər.
"Report" xəbər verir ki, məqsəd ətraf mühitin qorunmasında innovativ metodlardan istifadənin təşviqi, atmosferi çirkləndirən nəqliyyat vasitələrindən tədricən imtina edilməsi və ətraf mühitə atılan tullantıların minimum səviyyəyə endirilməsinə dəstək olub.