Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın şimal bölgəsində yağan qar əridikcə çaylarda suyun səviyyəsi qalxır. Bu da dağ çaylarının daşmasına səbəb ola və sel təhlükəsi riskini artıra bilər. Baş verə biləcək daşqın və sel təhlükəsi isə daha çox dağ çaylarına yaxın ərazidə məskunlaşan sakinləri narahat edir.
Qax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev "Report"a bildirib ki, sel təhlükəsi və daşqınların qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görülüb: "Artıq payız fəslində daşqın və sel təhlükəsinin ehtimal olunduğu dağ çaylarında daş-beton bəndlər tikilib. Temperaturun aşağı olduğu rayonlarda, elecə də hündür dağ zirvələrində yay fəsli üçün kifayət qədər su ehtiyatı yığılıb. Bu da yay fəslində əkin sahələrinin suvarılmasında su qıtlığı problemini aradan qaldıran amildir".
İdarənin baş mühəndisi əlavə edib ki, ötən illərdə havaların quraq keçməsi əkin sahələrinin suvarılmasında ciddi problemlər yaradıb: "İki il idi ki, yay fəslində havalar quraq keçirdi. Qış fəslində qarın az miqdarda yağması əsasən yayda bir sıra çətinliklər yaradırdı. Ancaq bu il proqnoz tam başqadır. Dağ zirvələrinə bir metrdən çox yağan qar tədricən əriməyə başlayıb. Aran ərazilərdə isə bu proses sürətli gedir. Dağlara yağan qarın 30-40 faizinin əriməsi çaylarda bolsululuqla müşahidə olunur".
Qeyd edək ki, ötən il havaların quraq keçməsi bir sıra dağ çaylarının quruması ilə nəticələnmişdi. Belə ki, Kürmük, Zərnə və Ləkit kimi dağ çayları ötən il qurusa da bu il adı çəkilən çaylarda bol sululuq müşahidə olunur. Bu da daşqın və sel təhlükəsini artırır. Lakin mütəxəssislərin fikirincə çaylarda sahil bərkitmə işlərinin aparılması sel və daşqın təhlükəsi riskini azaldıb, həmçinin əkin sahələrinin suvarılması üçün kifayət qədər su bazasının yığılmasına səbəb olub.
Dağlarda qarın əriməsi şimal bölgəsində sel təhlükəsi yaradıb - FOTOREPORTAJ
Digər xəbərlər
BBC: Metanın söhbət robotu Instagram hesablarını ələ keçirir
02 iyun, 2026 / 22:37
Azərbaycanda gündəm olan məşhur sinif: tullantılardan möcüzə yaradan şagirdlər - VİDEO
14 aprel, 2026 / 10:03
Region Plus analitik jurnalının 20 yaşı tamam olur - VİDEO
28 fevral, 2026 / 11:08
Xocalı. Son toy... filmi Report İnformasiya Agentliyinin YouTube kanalında yayımlanıb
25 fevral, 2026 / 20:01
Baku TV: Ağdamda avtomobillər üçün şarj cihazı istehsal olunur
15 yanvar, 2026 / 18:30
Baku TV Füzuli və Ağdamda yerləşən məktəblərdən reportaj hazırlayıb
15 yanvar, 2026 / 18:16
Vətən qoxusu kolleksiyasının təqdimatı keçirilib
09 dekabr, 2025 / 21:15
Şuşa sakini: Doğma şəhər haqqında fikirləşmədiyim gün olmayıb
07 noyabr, 2025 / 18:31
Kəlbəcər sakinləri: İllərlə buranın həsrətilə yaşamışıq - VİDEO
06 noyabr, 2025 / 18:09
Keçmiş məcburi köçkün: Valideynlərimlə çıxdığım kəndə nəvələrimlə qayıdıram - VİDEOREPORTAJ
30 oktyabr, 2025 / 14:08
Cəbrayıl sakini: Həmişə deyirdim ki, torpağımız azad olunsa, ora ayaqyalın gedəcəm - VİDEO
24 oktyabr, 2025 / 16:22