Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bayram münasibətilə Bakıda 4 ərazidə qurbanlıq heyvanların satışı təşkil olunub.
"Report" xəbər verir ki, bu il ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC-də yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılıb.
Nazirliyin təşkil etdiyi satış yarmarkarlarına 3 000-ə yaxın xırdabuynuzlu erkək heyvanlar gətirilib.
Qeyd edək ki, bu yarmarkalarda heyvanların satış qiyməti 95 manat təşkil edir.
"Report" Xətai rayonunda ("Nargilə" kafesinin yanı) təşkil edilən satış yarmarkasından reportaj təqdim edir.