Bakı. 21 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında şosse velosipedi idmanı yarışları keçirilib. "Report"un məlumatına görə, velosipedçilər Bakının mərkəzi küçələrində, o cümlədən İçərişəhərdə yürüş ediblər.
Sonda ispaniyalı Luis Leon Sançes Gil yürüşün qalibi olub. Ukraynalı Andrey Qrivko ikinci, çexiyalı Petr Vakok üçüncü yeri tutub.
Qeyd edək ki, yarışda Azərbaycanı 2 idmançı təmsil edib.