Milli Məclisin növbəti plenar iclası oktyabrın 27-də keçiriləcək, 12 məsələ müzakirə ediləcək - Yenilənib

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında 12 məsələ müzakirə ediləcək.

"Report" xəbər verir ki, bunlar aşağıdakılardır:

1. Əmək Məcəlləsində və "Aviasiya haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

2. "Texniki tənzimləmə haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

3. "İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

4. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

5. "Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

6. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

7. "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

8. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

9. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

10. Mülki Prosessual Məcəllədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

11. "Telekommunikasiya haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

12. Mülki Məcəllədə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası oktyabrın 27-də keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sessiyanın bugünkü - ilk iclasının yekununda məlumat verib.

Onun sözlərinə görə, plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.

Digər xəbərlər