Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, müzakirələrdən sonra qərar layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
17:00
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilir.
"Report"un xəbərinə görə, toplantıda “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi müzakirə edilir.
Layihəni parlamentə Prezident İlham Əliyev təqdim edib.