Britaniya səfiri bir qrup azərbaycanlı jurnalistlə görüşüb

Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld bir qrup azərbaycanlı jurnalistlə görüşüb.

“Report” xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.

“Çox vacib görüşüm oldu. Azərbaycanın media nümayəndələri ilə görüşüb söhbət etdik. Hamımızı maraqlandıran məsələlər ilə bağlı maraqlı müzakirə apardıq", - o bildirib.

Qeyd edək ki, görüşdə “Report” İnformasiya Agentliyinin əməkdaşı da iştirak edib.

Digər xəbərlər

Modern.az 17 yaşını qeyd edir 01 sentyabr, 2026 / 13:28
Trend 31 yaşını qeyd edir 01 sentyabr, 2026 / 10:15