BQXK media nümayəndələri üçün seminar keçirib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) media nümayəndələri üçün seminar keçirib.

"Report" xəbər verir ki, noyabrın 2-3-də baş tutan seminar identifikasiya prosesinin humanitar aspektləri, itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı BQXK-nin mandatı və rolu mövzusuna həsr olunub.

Jurnalistlər həmçinin məhkəmə-tibbi ekspertiza metodologiyaları və itkin düşmüş şəxslərin ailələrinin ehtiyacları haqqında məlumatlandırılıblar.

Seminar zamanı nəzəri məlumatlarla yanaşı, bu istiqamətdə praktiki simulyasiya da keçirilib.

Digər xəbərlər

Baku TV 8 yaşını qeyd edir 18 fevral, 2026 / 09:40
Teleqrafın 14 yaşı tamam olur 07 fevral, 2026 / 12:47