AzTV-də yeni kadr təyinatı olub

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) yeni kadr təyinatı olub.

"Report"un xəbərinə görə, qurumun əməkdaşı, Əməkdar jurnalist Yunis Orucov AzTV-nin İnformasiya Proqramları Studiyasının direktoru təyin edilib.

O, bu təyinatadək həmin studiyanın direktor müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Y.Orucov Qərbi Azərbaycanda-qədim Uluxanlı mahalının Zəngibasar rayonunda dünyaya gəlib. Jurnalist fəaliyyətinə “Yeni Azərbaycan” qəzetində başlayıb, baş redaktorun müavini olub. 2006-cı ildən əmək fəaliyyətini AzTV-də davam etdirir. 2007-ci ildən etibarən Azərbaycan Prezidentini yerli və xarici səfərlərdə jurnalist kimi müşayiət edib.

Y.Orucov müxtəlif mövzularda bir sıra sənədli filmlərin ssenari müəllifidir. Ötən il “Nargin - saralmış kədər” tarixi romanı işıq üzü görüb.

Digər xəbərlər

Real TV-nin 8 yaşı tamam olur 15 mart, 2026 / 11:46