Varşavada Mstislav Rostropoviçə həsr edilən konsert keçiriləcək

Bakı. 12 sentyabr. REPORT.AZ/ Varşavada dahi violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçə həsr edilən konsert proqramı təşkil ediləcək.

Azərbaycanın Polşadakı səfirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konsert proqramı sentyabrın 24-də Varşavanın Kral Sarayında baş tutacaq. 

Konsertdə müxtəlif ölkələrin musiqiçiləri M.Rostropoviçin əsərlərini ifa edəcəklər.

Digər xəbərlər