"The Beatles"ın "Let It Be" albomu yenidən buraxılacaq

"The Beatles" qrupunun daha əvvəl yayımlanmayan "Rock Cult" kompozisiyası da daxil olmaqla "Let It Be" albomu yenidən buraxılacaq.

"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, albomun 2021-ci il oktyabrın 15-də buraxılması nəzərdə tutulur.

Albomun yeni versiyasında əvvəllər yayımlanmamış 27 kompozisiya, həmçinin prodüser Glyn Jonsun 14 parçalı "Get Back" miksi olacaq.

Qeyd edək ki, qrup 1963-cü ildə "Please Please Me" sinqlını buraxdıqdan sonra dünyada tanınmağa başlayıb. O vaxtdan bəri dünyada "bitlomaniya" xəstəliyi başlayıb. Mövcud olduğu dövrlərdə qrup dünya musiqisinin inkişafına böyük təsir göstərib. Qrup üzvləri ayrılıqdan sonra tək-tək bir neçə layihədə iştirak ediblər. Amma ciddi mənada bir araya gəlmələri mümkün olmayıb.

Digər xəbərlər